Fransada G7 sammiti әleyhinә etiraz aksiyası keçirilib

Fransanın Biarriç şәhәrindә G-7 sammiti әleyhinә  etiraz aksiyası keçirilib.

1257624
Fransada G7 sammiti әleyhinә etiraz aksiyası keçirilib

 

Fransanın Biarriç şәhәrindә G-7 sammiti әleyhinә  etiraz aksiyası keçirilib.

Mәlumata görә, polis müxtәlif maddәlәr atan nümayişçilәrә gözyaşardıcı qazla müdaxilә edib. Aksiya zamanı 17 nümayişçi saxlanılıb, 4 polis әmәkdaşı da xәsarәt alıb.

Qeyd edək ki, bu gün Fransanın Biariç şəhərində "Böyük yeddilər"in (G7) sammiti öz işinә  başlayacaq.

Biarriç şәhәrinin әtrafında  G-7 sammiti ilә әlaqәdar çox sayda etiraz aksiyasının keçirilәcәyi bildirilir. Hendaye bölgәsindә bu gün keçirilәcәk aksiyaya 20 min nәfәrin qatılması gözlәnilir.

İspaniyanın İrun şәhәrindә dә G-7 sammiti ilә bağlı etiraz aksiyası keçirilәcәk.

Biarriç şәhәrindә tәhlükәsizlik tәdbirlәrinin güclәndirildiyi bildirilib.

Fransa prezidenti Emmanuel Makron G-7-yә üzv dövlәtlәrin liderlәrinin şәrәfinә ziyafәt verәcәk. Sammitdә ABŞ, Fransa, Almaniya, İngiltәrә, İtaliya, Yaponiya vә Kanadanın liderlәri bir araya gәlәcәklәr.



Әlaqәli Xәbәrlәr