İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә yaralanıb

İsrail əsgərləri Qəzzanın şәrqindә  bir fələstinlini dә  yaraladı.

1257081
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә yaralanıb

 

 

İsrail əsgərləri Qəzzanın şәrqindә  bir fələstinlini dә  yaraladı.

Fələstin Səhiyyə Nazirliyi tәrәfindәn verilәn yazılı açıqlamada Qəzza zolağının şərqində bir fələstinlinin  İsrail әsgәrlәri tәrәfindәn açılan atәş nәticәsindә yaralandığı bildirilib.  Mәlumatda İsrail әsgәrlәrinin fәlәstinliyә hәqiqi güllә ilә müdaxilә etdiyi vurğulanıb.

Xәsarәt alan fәlәstinlinin tәcili tibbi yardım maşını ilә Qәzzadakı Şifa xәstәxanasına çatdırıldığı bildirilib.

Digәr tәrәfdәn İsrail ordusu  Qәzza zolağının şәrqindә bir fәlәstinliyә atәş açıldığı ilә bağlı mәlumat yayıb.

İsrail ordusunun rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn açıqlamada bildirilib ki, İsrail әsgәrlәrinin yaraladığı fәlәstinli sәrhәd bölgәsinә çox yaxınlaşıb vә әsgәrlәrә әl qumbarası ilә hücum edib.



Әlaqәli Xәbәrlәr