Kosovoda növbədənkənar parlament seçkiləri keçiriləcək

Kosovoda iyul ayında baş nazir Ramuş Haradinaj istefa verdikdən sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edildi.

1256761
Kosovoda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün Kosovo parlamenti səs çoxluğu ilə buraxıldı və növbədənkənar seçkilərə getmək barəsində qərar qəbul edildi.

120 yerlik parlamentin iclasında 91 deputat iştirak etdi.  Onlardan 88-i parlamentin buraxılmasının lehinə səs verdi və bununla da, lazım olan səs çoxluğu təmin edildi.

Parlamentin buraxılmasından sonra Kosovo prezidenti Haşim Taci 30 -45 gün ərzində növbədənkənar seçkilərin tarixini müəyyən etməlidir.

Qeyd edək ki, Kosovo baş naziri Ramuş Haradinaj ötən ay Hollandiyanın Haaqa şəhərində Kosovo Özəl Məhkəməsi tərəfindən şübhəli şəxs qismində ifadəyə çağırıldıqdan sonra istefa verib.



Әlaqәli Xәbәrlәr