Arakanlı müsəlman immiqrantlar ölkələrinə qayıtmaq istəmir

Banqladeşə sığınan arakanlı müsəlmanlar təzyiq və zülmdən qaçdıqları Myanmaya qayıtmaqdan imtina edirlər.

1256830
Arakanlı müsəlman immiqrantlar ölkələrinə qayıtmaq istəmir

Banqladeşdeşli rəsmi Abul Kalam mətbuata immiqrantlarla bağlı verdiyi açıqlamada: “Myanma hökuməti bu ay 3500 arakanlı müsəlmanın geri qayıdmağına icazə verib. Ancaq onlardan heç biri geri qayıdmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Banqladeşdəki qeyri-hökumət təşkilatları arakanlı müsəlmanlarla bağlı çağırış ediblər və mövzu ilə birgə bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, arakanlı müsəlmanların təhlükəsiz şəkildə ölkələrinə qayıtmaları üçün bütün tədbirlər görülməlidir. "Bu insanların rifahı sadəcə öz vətənlərindədir. Bu işə bir başa BMT zamin durmalıdır"

 



Әlaqәli Xәbәrlәr