Nigeriyada sel fəlakəti, ölənlər var

Nigeriyanın şimalındakı Jiqava əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ən az 6 nəfər həyatını itirdi.

1255786
Nigeriyada sel fəlakəti, ölənlər var

Fövqəladə hallar Agentliyinin bölgə üzərə nümayəndəsi Sani Yaunun məlumatına görə Jiqava əyalətinin Guri, Kirikassamma və Birnin Kudu bölgələrini təsiri altına alan sel fəlakətində 6 adam həyatını itirib. Xeyli sayda evə ziyan dəyib. Bir çox ev suların altında qalıb. Ölənlər arasında bir hamilə qadın və iki uşaq da var. Bölgədə axtarma və xilasetmə fəaliyyətləri davam edir.

 



Әlaqәli Xәbәrlәr