Fransada keçiriləcək G7 sammiti üçün görülən təhlükəsizlik tədbirləri

Fransanın daxili işlər naziri Kristopher Kastner Biarritz şəhərində 24-26 avqsutda keçiriləcək G7 sammiti zamanı 13 min 200 polis əməkdaşı və jandarmın vəzifədə olacağını açıqladı.

1255802

Nazir Kastner Biarritz şəhərində keçirilən mətbuat konfransında sammitdə ilkin hədəflərinin təhlükəsizlik, iqlim dəyişikliyi və qadın-kişi bərabərliyi mövzularında ədalətsizliklərə son qoymaq üçün atılacaq addımları müəyyənləşdirilməsi olduğunu söyləyib.

Sammit zamanı şəhərin ətrafında keçiriləcək etiraz aksiyalarında hadisə baş vərməməsi üçün və terror və kiber hücumlara qarşı tədbirlər gördüklərini qeyd edən Kastner Biarritzin İspaniya ilə olan sərhəddə yerləşməsi səbəbindən təhlükəsizlik mövzusunda bu ölkənin üzərinə də məsuliyyət düşdüyünü dilə gətirib.

Kastner nümayişlərdə hadisə törədənlərin dərhal saxlanılacağına da diqqət çəkib.

Fransanın Daxili İşləri üzrə dövlət naziri Laurent Lunez də şəhərdə “dron”lara qarşı da güclü tədbirlər görüldüyünü söyləyib.

Qeyd edək ki, 45-ci G7 sammiti Fransanın ev sahibliyində 24-26 avqust tarixlərində Biarritz şəhərində keçiriləcək.

Әlaqәli Xәbәrlәr