Nigeriyada silahlı hücumlar nəticəsində 17 nəfər öldü

Polis idarəsinin rəsmisi Anas Gezawanın məlumatına görə ölkənin şimalındakı Katsina əyalətində dünən gecə və bu gün səhər həyata keçirilən hücumlar nəticəsində 17 adam həyatını itirib.

1254889
Nigeriyada silahlı hücumlar nəticəsində 17 nəfər öldü

Gezawa  bildirib ki, hücumlar kəndlilərə məxsus heyvanları oğurlamaq istəyən silahlı dəstələr tərəfindən törədilib. Nigeriya polisinin təcavüzkarların tutulması üçün əməliyyat başlatdığını ifadə edən Gezawa bölgə xalqını, oğurluq və silahlı qarətlərə qarşı təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa çağırıb.

Qeyd edək ki, son illərdə ölkədə silahlı qruplaşmaların hücumları nəticəsində xeyli sayda adam ölüb.

 



Әlaqәli Xәbәrlәr