Husilәr Abha hava limanına zәrbәlәr endirib

Husilәrә mәxsus Әl-Mesira telekanalın yaydığı xәbәrә әsasәn, Husilәr Sәudiyyә Әrәbistanının Abha hava limanına hücum tәşkil edib.

1253828
Husilәr Abha hava limanına zәrbәlәr endirib

 

 

Yәmәndәki Husilәr Sәudiyyә Әrәbistanının cәnubundakı Abha hava limanına pilotsuz uçan aparatla hava zәrbәlәri endirdiklәrini açıqlayıb.

Husilәrә mәxsus Әl-Mesira telekanalın yaydığı xәbәrә әsasәn, Husilәr Sәudiyyә Әrәbistanının Abha hava limanına hücum tәşkil edib.

Mәlumatda hücumun ‘‘Kasıf-2’’ tipli pilotsuz uçan aparatla hәyata keçirildiyi bildirilib. Hücum nәticәsindә bütün aviareyslәrin lәğv edildiyi iddia edilib. Xәbәrdә hücumla bağlı әtraflı mәlumat verilmәyib.

Qeyd edәk ki, Sәudiyyә Әrәbistanı orqanları  hәyata keçirilәn hücumla bağlı mәlumat vermәyib.

Uzun zamandır siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr ilә Sәudiyyә Әrәbistanı ilә Birlәşmiş Әrәb Әmirliklәri tәrәfindәn dәstәklәnәn hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә  minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr