Şimali Koreya Cənubi Koreyaya xəbərdarlıq etdi

Şimali Koreya Cənubi Koreyanı  Amerika Birləşmiş Ştatları ilə birgə hərbi təlimlər keçirdiyi və yüksək texnologiyalı ABŞ döyüş təyyarələrini ölkə ərazisinə yerləşdirdiyi üçün Koreya yarımadasında gərginliyi artırmaqda günahlandırdı.

1250627

"Yonhap" agentliyinin Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-ya istinadən verdiyi məlumata görə, Şimali Koreyanın Sülhsevər Birləşmə Komitəsindən verilən açıqlamada Cənubi Koreyanın xarici ölkələrlə birgə hərbi təlim keçirməsinin Koreya yarımadasında gərginliyin və iki ölkə arasındakı əlaqələrin inkişafının ləngiməsinin əsas səbəbi olduğu bildirilib. 

Açıqlamada Şimali və Cənubi Koreya dövlətlərinin  quru, hava, dəniz və digər məkanlarda hərbi gərginlik və fikir ayrılıqlarının əsas səbəbi olan bütün düşmənçilik hərəkətlərinin dayandırılması üçün Panmunjom bəyannaməsinin həyata keçirilməsi ilə bağlı razılığa gəldiklərii, lakin Cənubi Koreya hakimiyyətinin əcnəbilərlə əməkdaşlıq edərək "şimal hədəfli hücum təlimatları" təşkil etdiyi qeyd edildiib.

Cənubi Koreya rəsmiləri "xəyalət təyyarələri" adlandırılan ABŞ istehsallı F-35A-ları ölkəyə yerləşdirməklə "həmyerlilərinə qarşı sədaqətsiz davranış"da ittiham olunurlar.

Açıqlamada:"Cənubi Koreya rəsmiləri Şimali Koreyanı təhlükəsizliyinə potensial və birbaşa təhdidləri aradan qaldırmaq üçün əks tədbirlər görməyə məcbur edən məsuliyyətdən əsla boyun qaçıra bilməyəcək, bunun nəticələri ilə üzləşəcəklər" deyə qeyd edildib.

Әlaqәli Xәbәrlәr