Morqan Ortaqus Birgә Әmәliyyat Mәrkәzi ilә bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatları  Türkiyə ilə Birgә Әmәliyyat Mәrkәzinin yaradılması  mövzusunda razılaşmanın müsbәt bir irәlilәyiş olduğunu qeyd edib.

1250553
Morqan Ortaqus Birgә Әmәliyyat Mәrkәzi ilә bağlı açıqlama verdi

 

Amerika Birləşmiş Ştatları  Türkiyə ilə Birgә Әmәliyyat Mәrkәzinin yaradılması  mövzusunda razılaşmanın müsbәt bir irәlilәyiş olduğunu qeyd edib.

Amerika Birlәşmiş Ştatları Dövlәt Departamentinin mәtbuat katibi Morqan Ortaqus keçirdiyi mәtbuat konfransında Birgә Әmәliyyat Mәrkәzi ilә bağlı açıqlamalar verib.

ABŞ Dövlәt departamentinin mәtbuat katibi deyib: ‘‘Ankarada  bu hәftә keçirilәn danışıqlarda  Suriyanın şimal-şәrqindә NATO müttәfiqimiz olan Türkiyәnin tәhlükәsizliklә bağlı narahatlıqlarına cavab verәcәk davamlı bir tәhlükәsizlik mexanizminin yaradılması mövzusunda müsbәt irәlilәyişlәr әldә olunub. Bu çәrçivәdә Birgә Әmәliyyat Mәrkәzi yaradmağı planlaşdırırıq’’.

Təhlükəsizlik mexanizminin mәrhәlәli şәkildә  həyata keçirilәcәyini  vurğulayan Morqan Ortaqus  ABŞ rəhbərliyinin lazımi  addımları ən qısa zamanda  atmağa hazır olduğunu və bu proses çərçivəsində Türkiyə ilə danışıqların davam etdiyini qeyd edib.

Milli Müdafiə Nazirliyinin bununla bağlı açıqlamasına görə, Suriyanın şimalında ABŞ ilə koordinasiyalı şəkildə yaradılması planlaşdırılan təhlükəsiz bölgə ilə əlaqədar ABŞ-ın hərbi nümayəndə heyətlərlə Milli Müdafiə Nazirliyində 5-7 avqust tarixlərində görüşlәr keçirildi.

Görüşlərdə Türkiyənin təhlükəsizliklə bağlı narahatlığına son qoyacaq tədbirlərin təcili olaraq həyata keçirilməsi, bu çərçivədə təhlükəsiz bölgənin yaradılmasının ABŞ ilə koordinasiyalı şəkildə və nəzarəti üçün Türkiyədə Ortaq Hərəkət Mərkəzinin yaxın zamanda yaradılması barədə razılıq əldə olundu.

Türkiyə və ABŞ-ın hərbi nümayəndə heyətləri tərəfindən təhlükəsiz bölgənin bir “sülh dəhlizi” olması və ev-eşiyindən edilmiş suriyalıların ölkələrinə qayıtmaları üçün istənilən əlavə tədbirin görülməsi mövzusunda da razılaşıldı.



Әlaqәli Xәbәrlәr