Yaponiyada 6.3 bal gücündə zəlzələ olub

Dünən Yaponiyanın şimal-şərqində, Fukusima prefekturası yaxınlığında 6,23 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.

1247683
Yaponiyada 6.3 bal gücündə zəlzələ olub

Amerika Birləşmiş Ştatları (ABŞ) Geoloji Tədqiqatlar Mərkəzi bu barədə məlumat yayıb. Bildirib ki, zəlzələnin episentri Fukusima prefekturası sahilinə düşüb, ocağı isə okeanın təqribən 50 km dərinliyində qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə konkret məlumat yoxdur. Yeraltı təkanlar bir sıra şimal-şərq prefekturalarında, eləcə də Tokioda hiss olunub.

Qeyd edək ki, 11 mart 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və sunam Fukusima I Atom Elektrik Stansiyasında radioaktiv sızıntısına səbəb oldu və bunun nəticəsində isə on minlərlə insan bölgədən evakuasiya edildi.

 



Әlaqәli Xәbәrlәr