Kəşmirin muxtariyyətini ləğv etmək üçün parlamentə təklif göndərildi

Təklifi müxalif millət vəkilləri etirazlarla qarşılayıb.

1247940
Kəşmirin muxtariyyətini ləğv etmək üçün parlamentə təklif göndərildi

  Hindistanda hökumət Cammu Kəşmir bölgəsinə digər əyalətlərdən daha çox muxtarlıq verən xüsusi statusu qaldırmaq üçün parlamentə təklif göndərib.  

  BBC-nin xəbərinə görə, açıqlama Hindistan daxili işlər naziri Amit Şah tərəfindən bildirilib.

  Təklifi müxalif millət vəkilləri etirazlarla qarşılayıb.

  Cammu Kəşmirə günlərdir milislərin toplanmasından sonra bölgənin siyasətçiləri ev həbsinə alınmağa başlanıb. Təhlükəsizlik qüvvələri Srinaqarda yol və qovşaqlara polad baryerlər və tikanlı məftillər döşəyib. Bundan başqa, bölgədə cəmiyyətə açıq yığıncaqların keçirilməsi qadağan edilib, məktəblər bağlanılıb, mobil şəbəkə və internetə məhdudlaşdırma gətirilib.

  Qeyd edək ki, Kəşmirin 45 faizi Hindistan, 35 faizi Pakistan, 20 faizi Çinin hakimiyyətindədir.

  Cammu Kəşmir bu gün Hindistanda müsəlmanların ən çox yaşadığı tək əyalətdir.



Әlaqәli Xәbәrlәr