İran Amerika xalqına başsağlığı verdi

İranın Xarici İşlər nazirliyi sözçüsü Abbas Musəvi Texas ştatının El Past şəhərində 20 nəfərin ölümünə səbəb olan insidentlə bağlı Amerika xalqına başsağlığı verdi.

1247668
İran Amerika xalqına başsağlığı verdi

İranın Xarici İşlər Nazirliyi sözçüsü Abbas Musəvi Texas ştatının El Paso şəhərində 20 nəfərin ölümünə səbəb olan atışma ilə bağlı Amerika xalqına başsağlığı verdi.

Musəvi Texasdakı silahlı atışmada həyatını itirənlərlə bağlı başsağlığı mesajı yaydı.

Hücumun “dəhşətli” olduğunu bildirən Musəvi ABŞ xalqı və qurbanların yaxınlarına başsağlığı verdi, kədərlərini bölüşdüklərini ifadə etdi. Musəvi hücum nəticəsində yaralananlara da şəfa dilədi.

Qeyd edək ki, bundan əvvəl avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Sielo Vista" ticarət mərkəzində silahlı şəxsin insanlara  atəş açması nəticəsində 20 nəfər ölüb.



Әlaqәli Xәbәrlәr