"Türkiyə və Rusiyanın səylərini təqdir edirik", M.Ortaqus

ABŞ Dövlət Departamentinin sözcüsü Morqan Ortaqus (Morgan Ortagus) İdlibdə təmin edilən atəşkəslə əlaqədar yazılı şərh verərək deyib...

1247395
"Türkiyə və Rusiyanın səylərini təqdir edirik", M.Ortaqus

  Amerika Birləşmiş Ştaları Dövlət Departamenti tərəfindən Suriyanın şimal-qərbində atəşkəs elan edilməsinin məmnuniyyətlə qarşılandığı, əhəmiyyətli olanın vətəndaşları hədəfə alan hücumların dayanması olduğu bildirilib.

  ABŞ Dövlət Departamentinin sözcüsü Morqan Ortaqus (Morgan Ortagus) İdlibdə təmin edilən atəşkəslə əlaqədar yazılı şərh verərək deyib:

  “Atəşkəslə bağlı bütün səylər əhəmiyyətlidir. Soçidə 2018-ci ilin sentyabrında razılaşdırılan atəşkəsi təminetmə mövzusunda birlikdə çalışan Türkiyə və Rusiyanın səylərini təqdir edirik.

  Birləşmiş Millətlər Təşkilatın baş katibi Antonio Quterreşin də atəşkəslə əlaqədar səyləri qiymətlidir.

  BMT-nin başçılığı ilə siyasi həll axtarışlarını ABŞ dəstəkləməyə davam edir.

  ABŞ hərbi deyil, siyasi həll yolu ilə bütün Suriyada etibarlı və sabit gələcək təmin edilə biləcəyinə inanır.

  Xatırladaq ki, Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil edilən XIII Zəmanətçilər Toplantısında İdlib Gərginliyi Azaltma Bölgəsində vətəndaş itkilərinin qarşısını almaq və zəmanətçilərin əsgəri personalının təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görməklə bağlı uzlaşmışdı.



Әlaqәli Xәbәrlәr