Yens Stoltenberq: ‘‘NATO S-400-dәn istifadә etmәyәcәk’’

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyәnin Amerika Birlәşmiş Ştatları ilә  Patriot raket sistemi ilә bağlı apardığı danışıqları mәmnuniyyәtlә qarşıladıqlarını ifadә edib.

1247191
Yens Stoltenberq: ‘‘NATO S-400-dәn istifadә etmәyәcәk’’

 

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyәnin Amerika Birlәşmiş Ştatları ilә  Patriot raket sistemi ilә bağlı apardığı danışıqları mәmnuniyyәtlә qarşıladıqlarını ifadә edib.

Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldә keçirdiyi mәtbuat konfransında jurnalistlәrin  Türkiyәnin Rusiyada aldığı S-400 zenit-raket komplekslәri ilә bağlı suallarını cavablandırıb.

Jurnalistin ‘‘NATO Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksini Alyansın vahid sisteminə inteqrasiya edәcәkmi’’  şәkilindәki sualını cavablandıran Yens Stoltenberq deyib: ‘‘NATO Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksini Alyansın vahid sisteminə inteqrasiya etməyi planlaşdırmır’’.

ABŞ-dan sonra Rusiyanın da orta vә yaxın mәnzilli raketlәrin lәğvi ilә bağlı müqavilədən (INF) çıxması mәsәlәsinә dә toxunan Stoltenberq bildirib ki, Amerika Birlәşmiş Ştatlarının bu addımı  bütün  NATO müttәfiqlәri  tәrәfindәn dәstәklәnib.

NATO-nun  Avropaya nüvə silah yerlәşdirmәyәcәyini vurğulayan Stoltenberq müttəfiqlərin yeni bir silahlanmanın tәrәfdarı olmadığını qeyd edib.

Yens  Stoltenberq  müttəfiqlərin  beynəlxalq silahların nəzarəti, yayılmasının qarşısının alınması və tərksilah məsələsindəki mövqeyini  davam etdirdiyini vurğulayıb.

"Rusiyanın  etdiyini etməyəcəyik. NATO eyni zamanda  Rusiya ilә konstruktiv әlaqәlәr yaratmaq istәyir’’,-deyә NATO-nun baş katibi qeyd edib.

Qeyd edәk ki,  Rusiya Xarici İşlər Nazirliyi INF-nin rəsmi olaraq başa çatdığını elan edib.

ABŞ da rəsmi olaraq orta və yaxın mənzilli raketlərin ləğvilə bağlı müqavilədən (INF) çıxdığını açıqlayıb.

ABŞ Dövlət Departamentinin açıqlamasında ABŞ-ın 8 dekabr 1987-ci il tarixində imzalanan INF üçün Rusiyanın davamlı müqavilənin əsaslarını pozduğu səbəbindən 6 ay əvvəl çıxacağını elan etdiyi xatırladılıb.  

ABŞ-ın müqavilənin 15-ci maddəsinə əsasən çıxmasının “Rusiyanın uyğun olmayan “SSC-8” yaxud  “9M729” adlı qurudan fırlatma orta mənzilli raket sistəmini yox edərək müqaviləyə tam şəkildə əməl etməkdə uğursuz olmasından” qaynaqlandığı” iddia edilən açıqlamada müvaqilənin başa çatmasında Rusiyanın məsul olduğu irəli sürülüb.

Açıqlamada bu ifadələr yer alıb: “2000-ci illərin ortasından bəridir Rusiya uyğunsuz raketini inkişaf etdirdi, buraxdı, sınaqdan keçirdi və birdən artıq hissəsini sahədə yerləşdirdi. ABŞ narahatlığını Rusiyaya ilk dəfə olaraq 2013-cü ildə bildirdi. Rusiya daha sonra sistemli olaraq ABŞ-ın özünü müqaviləyə əməl etməyə yönəldilmiş səylərini 6 il müddətində rədd etdi. ABŞ NATO üzvlərinin tam dəstəyilə Rusiyanın müqavilənin əsaslarını pozduğuna qərar verdi və müqavilənin öhdəliklərini təxirə saldı. Son altı ayda ABŞ Rusiyaya əsasları pozma əməllərini nizama salması üçün son bir fürsət də verdi. Rusiya keçən illərdə olduğu kimi müqavilənin əsaslarına əməl etmək əvəzinə raketlərini əlində saxlamağa üstünlük verdi”.



Әlaqәli Xәbәrlәr