Ceyms Cefri jurnalistlәrin Suriya ilә bağlı suallarını cavablandırıb

Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri Türkiyә- Suriya sәrhәdindә tәhlükәsiz bölgәnin yaradılması ilә bağlı danışıqların davam etdiyini, genişliyi mәsәlәsindә hәlәlik razılığın әldә olunmadığını söylәyib.

1246915

Ceyms Cefri Amerika Birlәşmiş Ştatlarının  Dovlәt Departamentindә keçirilәn hәftәlik brifinqindә jurnalistlәrin suallarını cavablandırıb.

Türkiyənin separatçı terror təşkilatı PKK ilə bağlı qayğılarını bildiklәrini qeyd edәn Ceyms Cefri deyib: ‘‘Keçәn hәftә Әrbildә Türkiyәli diplomatı qәtlә yetirә PKK mәsәlәsindә  olduqca narahatıq’’.

Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi qeyd edib ki, Türkiyә ilә tәhlükәsiz bölgәnin genişliyi mәsәlәsindә razılıq әldә edә bilmәmişik.

Ceyms Cefri  terror təşkilatı DEAŞ-ın  qlobal mәnada tәhlükә yaradmağa  davam etdiyini, terror təşkilatının İdlib və Fərat çayının şәrqi daxil olmaqla  bәzi bölgәlәrdә mövcudluğunu davam etdirdiyini ifadә edib.

Әlaqәli Xәbәrlәr