ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxdı

ABŞ rəsmi olaraq orta və yaxın mənzilli raketlərin ləğvilə bağlı müqavilədən (INF) çıxdığını açıqladı.

1247022
ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxdı

ABŞ rəsmi olaraq orta və yaxın mənzilli raketlərin ləğvilə bağlı müqavilədən (INF) çıxdığını açıqladı.

ABŞ Dövlət Departamentinin açıqlamasında ABŞ-ın 8 dekabr 1987-ci il tarixində imzalanan INF üçün Rusiyanın davamlı müqavilənin əsaslarını pozduğu səbəbindən 6 ay əvvəl çıxacağını elan etdiyi xatırladılıb.  

ABŞ-ın müqavilənin 15-ci maddəsinə əsasən çıxmasının “Rusiyanın uyğun olmayan “SSC-8” yaxud  “9M729” adlı qurudan fırlatma orta mənzilli raket sistəmini yox edərək müqaviləyə tam şəkildə əməl etməkdə uğursuz olmasından” qaynaqlandığı” iddia edilən açıqlamada müvaqilənin başa çatmasında Rusiyanın məsul olduğu irəli sürülüb.

Açıqlamada bu ifadələr yer alıb:

“2000-ci illərin ortasından bəridir Rusiya uyğunsuz raketini inkişaf etdirdi, buraxdı, sınaqdan keçirdi və birdən artıq hissəsini sahədə yerləşdirdi. ABŞ narahatlığını Rusiyaya ilk dəfə olaraq 2013-cü ildə bildirdi. Rusiya daha sonra sistemli olaraq ABŞ-ın özünü müqaviləyə əməl etməyə yönəldilmiş səylərini 6 il müddətində rədd etdi. ABŞ NATO üzvlərinin tam dəstəyilə Rusiyanın müqavilənin əsaslarını pozduğuna qərar verdi və müqavilənin öhdəliklərini təxirə saldı. Son altı ayda ABŞ Rusiyaya əsasları pozma əməllərini nizama salması üçün son bir fürsət də verdi. Rusiya keçən illərdə olduğu kimi müqavilənin əsaslarına əməl etmək əvəzinə raketlərini əlində saxlamağa üstünlük verdi”.

Rusiya Xarici İşlər Nazirliyi bu gün INF-nin rəsmi olaraq başa çatdığını elan etdi.



Әlaqәli Xәbәrlәr