Hәsәn Ruhani vә Emmanuel Makron regional mövzuları müzakirә ediblәr

İran Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, Hәsәn Ruhani vә Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

1245394
Hәsәn Ruhani vә Emmanuel Makron regional mövzuları müzakirә ediblәr

 

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının ölkәsinә qarşı atdığı addımlardan heç bir fayda əldə edə  bilmәyәcәyini vә bu vәziyyәtin davam edәcәyi tәqdirdә hər kəsin ziyan görәcәyi ilә bağlı xәbәrdarlıq edib.

İran Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, Hәsәn Ruhani vә Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Görüşdә nüvә sazişi vә regional mәsәlәlәrin müzakirә olunduğu bildirilib.

Amerika Birlәşmiş Ştatlarının yürütdüyü siyasətin bölgənin sabitliyi,  təhlükəsizliyi və qlobal sahədəki əlaqələrə mənfi təsir göstәrdiyini ifadә edәn  Hәsәn Ruhani bildirib ki, Amerika Birlәşmiş Ştatları İrana qarşı atdığı bu addımlardan heç bir fayda әldә edә bilmәyәcәk.

Nüvə sazişinin  məqsədinin İranın başqa ölkələrlə münasibətlərinin normallaşması olduğunu xatırladan Hәsәn Ruhani deyib:

"İran nüvə müqaviləsinә riayət etdiyi halda iqtisadi baxımdan çox az qazanc əldə edib.  Amerika Birlәşmiş Ştatları  nüvә sazişindәn çıxdıqdan sonra Aİ-yә üzv dövlәtlәrin bu mәsәlәdә ciddi addım atdığını görmәdik vә bәzi Avropa şirkәtlәri İrandakı fәaliyyәtlәrini dayandırdılar’’.

Emmanuela Makron da Fransanın  İranın digər ölkələrlə olan iqtisadi əlaqələrinin normallaşması üçün səy göstərdiyini deyib.

Makron hәmçinin bildirib ki, Fransa  ABŞ-ın  sanksiyalarına baxmayaraq  İran ilə iqtisadi əlaqələrin yaradılması üçün ciddi fәaliyyәtlәr aparır.

 "Amerika Birlәşmiş Ştatlarının  İrana qarşı sanksiyaları birtərəflidir  və qəbuledilməzdir.  Regionda gərginliyin aradan qaldırılması  və  müsbәt nәticәnin әldә edilmәsi üçün  ədalətli  hәll yolu tapılmalıdır’’,-deyә Fransa prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr