Belçika nizamsız miqrasiya ilə mübarizədə PUA-lardan istifadə edəcək
Belçikada ölkənin qərbində yerləşən sahil qəsəbələrinə nizamsız qaçqın axının qarşısını almaq üçün pilotsuz uçan aparatlardan (PUA) istifadə ediləcək.
1245554

Belçikanın milli media qurumu RTBF-nin yaydığı xəbərə görə, 12 kilometr sahil zolağına malik Nyuport və De Pann qəsəbələrindəki polis mərkəzləri 80 min avro dəyərində 3 PUA satın alıb.
Səlahiyyətli şəxslər PUA-ların ölkənin qərb sahillərinə gedən nizamsız miqrantların təqib edilməsində və insan alveri ilə mübarizədə istifadə ediləcəyini bildiriblər.
Xəbərdə PUA-ların təhlükəsizlik səbəbləri ilə yerdən maksimum 90 metr yüksəklikdə uçacağı qeyd edilir.