Sergey Rudskoy: "ABŞ hərbi birlikləri Fərat bölgəsindəki neft sahələrini talamaqla məşğuldur"

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Baş Operativ İdarəsinin rəisi  Sergey Rudskoy Amerika Birləşmiş Ştatlarının Fərat çayının şərqində neft qaçaqmalçılığı qarşılığında kürd və ərəblərə silah yardımı etdiyini bildirdi.

1244684
Sergey Rudskoy: "ABŞ hərbi birlikləri Fərat bölgəsindəki neft sahələrini talamaqla məşğuldur"

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi  Sergey Rudskoy  Müdafiə Nazirliyində keçirdiyi mətbuat konfransında Suriyadakı vəziyyətdən danışdı.

 Suriyadakı ABŞ hərbi qüvvələrinin Fərat çayı bölgəsindəki neft sahələrini talan etdiyini bildirən Rudskoy: "ABŞ hərbi birlikləri döyüşçülərə təlim keçməkdən əlavə Suriya rəhbərliyinə aid və Fərat bölgəsində olan neft sahələrini talamaqla məşğuldur" dedi.

 Son zamanlar Suriyada ABŞ-ın özəl şirkətlərə məxsus hərbçi sayının artdığına işarə edən Rudskoy bu şirkətlərin bölgədəki hərbçi sayının 3 min 500-dən çox olduğunu qeyd etdi.

  Rudskoy: "Fəratın şərqində yerləşən neft yataqlarında neft hasilatı və satışı təşkil edilib. Suriyanın milli sərvəti oğurlanmağa davam edilir. ABŞ-ın Fərat bölgəsində hərbi qoşunlarının sayını artırması narahatlıq doğurur. ABŞ neft qaçaqmalçılığı qarşılığında kürd və ərəb qoşunlarına silah yardımı edir, sonra da bunları bir-birinin üstünə qızışdırır. Bütün bunlar regiondakı vəziyyəti mürəkkəbləşdirir" deyə danışdı.



Әlaqәli Xәbәrlәr