Liviya Milli Həmrəylik Hökuməti tutduğu mövqeyə görə Türkiyəni alqışladı

Liviya Milli Həmrəylik Hökumətinin (MHH) rəhbəri Fayiz əs-Sərrac Türkiyənin ölkəsinin paytaxtı Tripoliyə yönəldilmiş hücumları rədd edən mövqeyini alqışladığını bildirdi.

1244489

Verilən məlumata görə, Sərrac Türkiyənin Tripoli səfiri Sərhad Akseni qəbul edib. Görüşdə Liviyadakı vəziyyət və iki ölkə arasındakı əlaqələr müzakirə olunub.

Türkiyənin paytaxt Tripoliyə yönəldilmiş hücumları rədd edən mövqeyini tərifləyən Sərrac ikitərəfli əməkdaşlığın inkişafına dair gözləntisini dilə gətirib.

Səfir Sərhad Aksen də Türkiyənin MHH-nin və Tripolinin qorunması barədəki sabit mövqeyini dəstəklədiyini xatırladıb.

Aksen ayrıca Türkiyənin Liviyadakı qeyri-hökumət təşkilatlarının hədəf alınmasını qınadığını ifadə edib.

Qeyd edək ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum üçün göstəriş vermişdi. Bunun qarşısında beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də qarşı əməliyyat başlatmışdı.

Әlaqәli Xәbәrlәr