Həbsxanada qiyam: 52 məhbus öldü

Braziliyanın şimal ərazisində yerləşən bir həbsxanada məhbusların qaldırdıqları qiyam nəticəsində 52 nəfər həyatını itirib.

1244563
Həbsxanada qiyam: 52 məhbus öldü

Yerli mətbuatda əks edən xəbərlərə görə, hadisə ölkənin şimalında yerləşən Para əyalətindəki Altamira həbsxanasında baş verib.

Bildirilib ki, dünən səhər başlayan və 5 saat davam edən qiyam əsnasında məhkumlar həbsxananın bir hissəsinə od vurublar. Rəsmilərin məlumatına görə bəzi məhbuslar yanqından təsirlənərək həyatını itirərkən 16-sı başı kəsilərək öldürülüb. Qiyam əsnasında girov götürülən həbsxana işçiləri xilas edilib.

Qeyd edək ki, may ayında da Amazonas ştatının Manaus şəhərində 4 fərqli həbsxanada məhbusların qaldırdıqları qiyam nəticəsində 57 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr