Xәlifә Hafterә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә zәrbәlәr endirib, ölәnlәr var

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi ‘‘Facebook’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib.

1243585
Xәlifә Hafterә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә zәrbәlәr endirib, ölәnlәr var

 

Xәlifә Hafterә sadiq qüvvәlәrin Tripolidәki yaşayış mәntәqәlәrinә  tәşkil etdiyi hücum nәticәsindә iki dinc sakin hәlak  olub.

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi ‘‘Facebook’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Xәlifә Hafterә sadiq qüvvәlәrin atdığı raket mәrmisi Tripolinin cәnubundakı әl-Hadabe әl Bedri bölgәsindәki bir evә düşüb.

Mәlumatda Xәlifә Hafterә sadiq qüvvәlәrin yaşayış mәntәqәlәrini hәdәf almağa davam etdiyi vurğulanıb.

Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş vermişdi. Buna cavab olaraq Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl-Qadab” əməliyyatını başlatmışdı.

Qeyd edәk ki, siyasi qeyri-sabitliyin hökm sürdüyü Liviyada Milli Hәmrәylik Hökumәtinә sadiq qoşunlar ilә Xәlifa Hafterә sadiq qüvvәlәr arasında şiddәtli toqquşmalar yaşanır.



Әlaqәli Xәbәrlәr