Moskvada etiraz aksiyası zamanı 300 nәfәr saxlanılıb

Bu barәdә Rusiya Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1243589
Moskvada etiraz aksiyası zamanı 300 nәfәr saxlanılıb

 

Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilib.

Bu barәdә Rusiya Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, aksiyada 3500 nәfәr iştirak edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz mitinq keçirən iştirakçıların kütləvi saxlanılmasına başlayıb. 300  nəfərin polis әmәkdaşları tәrәfindәn saxlanıldığı  qeyd olunub.

Yerli mәtbuat orqanlarının yaydığı mәlumata әsasәn, saxlanılanlar arasında müxalifәtçi namizәd Aleksey Novalninin qurduğu "Korrupsiyaya qarşı Mübarizə Fondu"nun  vəkili Lubov Sobol, İlya Yaşin, Yuliya Qalyamina, İvan Jdanov və Dmitri Qudkov da var.

Qeyd edәk ki, Aleksey Novalni keçәn hәftә keçirdiyi etiraz aksiyasında xalqa Moskva meriyasının qarşısında aksiya keçirmәlәri ilә bağlı çağırış etmişdi.



Әlaqәli Xәbәrlәr