Donald Tramp vә Boris Conson arasında telefon danışığı olub

Bu barәdә Böyük Britaniya Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn  verilәn mәlumatda bildirilib.

1243592
Donald Tramp vә Boris Conson arasında telefon danışığı olub

 

ABŞ prezidenti Donald Tramp vә  Böyük Britaniyanın yeni baş naziri Boris Conson arasında  telefon danışığı olub.

Bu barәdә Böyük Britaniya Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn  verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, ABŞ prezidenti Donald Tramp  Böyük Britaniyanın yeni baş naziri Boris  Consonu yeni işi münasibətilə təbrik edib.

Tәrәflәr söhbәt zamanı  ‘‘Brexit’’ prosesi ilә Hörmüz boğazındakı gәrginliyi müzakirә ediblәr.

Tәrәflәr hәmçinin iki ölkә arasında azad ticarәt müqavilәsinin әldә olunması üçün  müzakirәlәrә başlamaq mәsәlәsindә razılığa gәliblәr.

Görüşdə Böyük Britaniya ilə İran arasında Hörmüz boğazında yaşanan  gərginliyә toxunulub.

Liderlәr gәlәn ay keçirilәcәk G-7 samitindә bir araya gәlmәk mәsәlәsindә dә razılıq әldә ediblәr.



Әlaqәli Xәbәrlәr