ABŞ Ali Məhkəməsi sərhəd divarı ilə bağlı Kaliforniya məhkəməsinin qərarını pozdu

Məhkəmənin qərarı ilə bağlı “twitter” hesabından verdiyi açıqlamada D.Tramp bildirdi...

1243491
ABŞ Ali Məhkəməsi sərhəd divarı ilə bağlı Kaliforniya məhkəməsinin qərarını pozdu

  Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın Meksika sərhədinə hördürmək istədiyi divar üçün Müdafiə Nazirliyi (Pentaqon) büdcəsindən 2,5 milyard dollar ayrılmasına razılıq verdi.

  D.Trampın sərhəd divarı üçün Pentaqon büdcəsindən 2,5 milyard dollar ayrılmasını əngəlləyən Kaliforniya Federal Məhkəməsinin qərarı ABŞ-ın Ali Məhkəməsində 4-ə qarşı 5 səslə pozuldu.

  Məhkəmənin qərarı ilə bağlı “twitter” hesabından verdiyi açıqlamada D.Tramp bildirdi:

  “Bu, ABŞ-Meksika sərhəd təhlükəsizliyi və qanunun aliliyi üçün böyük zəfərdir”.



Әlaqәli Xәbәrlәr