Liviya vә ABŞ rәsmilәri Tripolidәki toqquşmaları qiymәtlәndiriblәr

Liviya Milli Hәmrәylik Hökumətinin  Nazirlәr  Şurasının sədri Fayiz əs-Sərrac ilə Amerika Birləşmiş Ştatlarının Tripolidәki müvəqqəti işlər vəkili Coş Harris  Tripolidəki münaqişələrin dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

1241218

ABŞ Müvəqqəti İşlər Vəkilliyinin rәsmi  ‘‘Facebook’’  səhifəsindən verilәn  yazılı açıqlamaya görə, Fayiz әs-Sərrac vә Çoş  Harris  terrorla mübarizə mövzusundakı әmәkdaşlığı müzakirә etmәk üçün bir araya gəliblәr.

Mәlumatda Sərrac ilə Harrisin  Liviyanın paytaxtı Tripolidəki münaqişələrin dayandırılması və Birləşmiş Millətlər Tәşkilatı nәzarәtindә siyasi həll prosesinin bәrpa olunmasının vacibliyini vurğuladıqları bildirilib.

Açıqlamada görüşün harada keçirildiyi ilә bağlı mәlumat verilmәyib.

Tunisin  Xarici İşlər Nazirliyindәn verilәn mәlumatda ilә  Sәrracın dünәn Tunisә sәfәr etdiyi bildirilib.

Xatırladaq ki,  Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş verdi. Buna cavab olaraq Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl-Qadab” əməliyyatını başlatdı.

Qeyd edәk ki, siyasi qeyri-sabitliyin hökm sürdüyü Liviyada Milli Hәmrәylik Hökumәtinә sadiq qoşunlar ilә Xәlifa Hafterә sadiq qüvvәlәr arasında şiddәtli toqquşmalar yaşanır.

Etiketlәr: #Tunis , #toqquşma , #Tripoli , #ABŞ , #Liviya

Әlaqәli Xәbәrlәr