ABŞ Rusiya və Əsəd rejimini qınadı

Amerika Birləşmiş Ştatları Rusiya və Bəşər Əsəd rejiminin Suriyada İdlib deeskalasiya zonası hüdudlarındakı mövqelərə etdiyi intensiv hücumlarını qınadı.

1241181
ABŞ Rusiya və Əsəd rejimini qınadı

 ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İdlibin Marratinnuman rayonuna edilən hava hücumlarına dair yazılı bəyanat yaydı.
 
 Ortaqus  bəyanatda ABŞ-ın mülki vətəndaşları hədəf alan hücumları qınadığını bildirdi, Rusiya və Əsəd rejimi tərəfindən 3 aydır davam edən hava hücumlarında uşaq və mülki vətəndaşların qətlə yetirildiyini, bu hücumlar nəticəsində regiondakı  qeyri-sabitliyin artdığını və ən azı  330 min insanın onsuz da çətin olan həyatlarının daha da ağırlaşdığını vurğuladı.
 
Dövlət Departamentinin sözçüsü: "Davam edən hücumlar Əsəd rejimi və müttəfiqlərinin bölgədəki problemlərin silah gücünə  həll olunması istəklərindən xəbər verir. Bu hücumlar çarəsizliyin bir hissəsidir" ifadələrini işlətdi.
 
 Bəyanatda  Rusiya və Əsəd rejiminin mülki obyektləri və Birləşmiş Millətlər Təşkilatı ilə birgə işləyən səhiyyə mərkəzlərini qəsdən vuraraq beynəlxalq hüquqa məhəl qoymadıqlarına, hücumlarda başda "Ağ dəbilqələr" olmaqla, bir çox humanitar yardım könüllüsünün və təcili yardım maşınlarının sürücülərinin də hədəfə alınmasına diqqət çəkildi.
 
 Ortaqus sözügedən hücumların siyasi proseslərə də mənfi təsir göstərdiyini xatırladaraq: "Rusya və Əsəd rejimini bölgədə elan edilən atəşkəsə və BMT Təhlükəsizlik Şurasının qərarına əməl etməyə, hava hücumlarının səbəb olduğu humanitar böhranı həll edə biləcək bir dəhliz açmağa çağırırıq" deyə müraciət etdi.



Әlaqәli Xәbәrlәr