Nigeriyada polis aksiyaçılara sərt müdaxilə etdi

Qərbi Afrika ölkəsi Nigeriyada etiraz nümayişləri keçirən “Nigeriya İslami Hərəkatı” üzvləri ilə polis arasında qarşıdurma baş verib. 6 adam həyatını itirib.

1240433
Nigeriyada polis aksiyaçılara sərt müdaxilə etdi

“Nigeriya İslami Hərəkatı”nın sözçüsü Yəhya Adamunun məlumatına görə paytaxt Abujada təşkilat üzvlərinə polisin sərt müdaxiləsi olub. Təşkilatın lideri Şeyx İbrahim Zakzakinin azadlığa buraxılması  istəyən nümayişçilər  ilə  polis  arasında  baş verən qarşıdurma nəticəsində 6 adam həyatını itirib 28-i yaralanıb. Adamunun sözlərinə görə yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ölü sayının artabiləcəyi ehtimal olunur. Polisin müdaxiləsi zamanı çox sayda aksiyaçı  saxlanıb.

 



Әlaqәli Xәbәrlәr