ABŞ İrandan neft idxal edən Çin şirkətini sanksiya siyahısına saldı

Amerika Birləşmiş Ştatlarının Xəzinə Nazirliyi Çin neft şirkəti "Çjuxay Jenronq" və icraçı direktoru Youmin Linin İrandan neft almağa davam etdiyini iddia etdi və bu səbəbdən şirkəti və icraçı direktoru sanksiya siyahısına saldı.

1240591

 ABŞ Xəzinə Nazirliyinin Xarici Fondlara Nəzarət Ofisi (OFAC) sanksiya tətbiq olunan Çin neft şirkəti "Çjuxay Jenronq"  və rəhbərlərinin adlarını açıqladı.

 Açıqlamada sözügedən şirkətə və icraçı direktoru Youmin Liyə ABŞ-ın  nəzarətində olan valyuta, bank, və ya əmlak əməliyyatlarının qadağan edildiyi bildirilir.

 Qeyd edək ki,1994-cü ildə qurulan "Çjuxay Jenronq" neft şirkətinin İran ilə güclü bir əlaqəsi var və İran xam neftinin Çinə idxal edilməsini təmin edən ən böyük şirkətlərindən biridir.

 Xatırladaq ki, ABŞ 2015-ci ilin may ayında imzalanan nüvə müqaviləsini 8 may 2018-ci ildə birtərəfli şəkildə ləğv edib və İranın neft ixracını hədəf alan sanksiyaların tətbiqinə başlayıb.

Daha  sonra İranla neft ticarəti edən bütün ölkələrdən ticarətlərini müəyyən bir zamanda dayandırmalarını tələb edən ABŞ rəhbərliyi ticarətə davam edən ölkə və şirkətlərə də sanksiya tətbiq etməyə başlayıb.

 Çin isə ilk mərhələdə bu sanksiyalara qarşı çıxaraq,  neft ticarətinə davam edəcəyini açıqlamışdı, lakin daha sonra Vaşinqtondan gələn sanksiyalar səbəbindən İrandan neft alımını mərhələli olaraq azaltmışdı.

 Buna baxmayaraq, İrandan neft idxalını tamamilə kəsməyən Çin ABŞ-ın sanksiya açıqlamasından bu yana ilk dəfə ötən ay İrandan böyük miqdarda xam neft idxal etmişdi.

Әlaqәli Xәbәrlәr