Avropa  parlamenti ABŞ-na çağırış etdi

Avropa Parlamenti ABŞ-nı qaçqın uşaqları ailələrindən ayırmamağa çağırıb.

1238613
Avropa  parlamenti ABŞ-na çağırış etdi

Avropa parlamentinin Fransa Strasburq şəhərində keçirilən Baş Assambleyasında Meksikadan ABŞ-na köç əsnasında tutulan qaçqın uşaqları ailələrindən ayırmamağı nəzərdə tutan qərar ilə bağlı səs verilib. Sözügedən qərar 252 əleyhinə səsə qarşı 330 lehinə səs ilə qəbul edilib. Ailələrindən ayı düşən uşaqların valideynləriylə birləşdirmələrinin lazım gəldiyini ifadə edilən qərarda Meksika sərhədindəki qaçqınlar ilə uşaqların vəziyyətinin və onların yerləşdirildikləri düşərgələrdəki şəraitin yaxşı olmadığı vurğulanıb və ABŞ-dan  beynəlxalq hümanitar hüquq normlarını pozmaması, su, qida, mənzil və dava-dərman ehtiyaclarını təmin  etməsi  tələb edilib.



Әlaqәli Xәbәrlәr