ABŞ 15 İyula dair bəyanatı bir gün sonra yaydı

Amerika Birləşmiş Ştatları Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdinin üçüncü ildönümünə dair bəyanatı bir gün sonra yaydı.

1237145

 ABŞ Dövlət Departamenti Anadolu Xəbər Agentliyinin müxbirinin sualından sonra Türkiyədəki çevriliş cəhdinin üçüncü ildönümünə  dair gecikməli bir yazılı bəyanat yaydı.
 
 Bəyanatda deyilir: " ABŞ 2016-cı ildə Türkiyədə həyata keçirilən dövlət çevrilişi cəhdində yaralananın və həlak olanların dostlaırna və sevdiklərinə ən dərin hüznlə başsağlığı verir".
 
 15 İyul dövlət çevrilişi cəhdinin demokratiyaya edilmiş bir hücum kimi dəyərləndirildiyi bəyanatda: "Bu uğursuz çevriliş cəhdi demokratiyanın qorunmasını və əsas azadlıqlara hörmət göstərilməsini təmin etmək üçün göstərilən əzm və təminata dair qəti bir xatırlatma idi. ABŞ dövləti Türk xalqına və demokratik təşkilatlarına olan qətiyyətli dəstəyini təsdiq edir" deyə bildirilir.
 
Әlaqәli Xәbәrlәr