Mayk Pompeo Srebrenitsa soyqırımının 24-cü ildönümü ilә әlaqәdar açıqlama verdi

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo  dünәn Srebrenitsa soyqırımının 24-cü ildönümü ilә әlaqәdar açıqlama verib.

1234462

‘‘Avropa tarixinin bu acı sәhifәsi әsla inkar edilmәmәlidir vә ya unudulmamalıdır’’,-deyә Mayk Pompeo qeyd edib.

Mayk Pompeo İkinci Dünya müharibәsindәn sonra yaşanan әn böyük insanlıq faciәsi olaraq qәbul edilәn  vә azı 8 min 372 bosniyalının qәtlә yetirildiyi Srebrenitsa soyqırımı ilә әlaqәdar yazılı açıqlama verib.

Amerika xalqının Bosniya vә Herseqovina xalqının yanında olduğunu vurğulayan Mayk Pompeo bildirib ki, әdalәt axtarışında olanların yanındayıq. Bosniya vә Herseqovina xalqına dәstәyimizi bir daha vurğulayırıq. ABŞ Bosniya və Herseqovina xalqının sarsılmaz  tərəfdaşı olmağa davam edir. Bu gün həyatını itirənləri yad etdiyimiz kimi  region miqyasında sülh və rifahın təmin olunması әlaqәdar sәylәrimizi davam etdirәcәyik. Buna bәnzәr  faciənin bir daha yaşanmayacağı ilә әlaqәdar qәtiyyәtimizi bir daha vurğulayırıq. Avropa tarixinin bu acı sәhifәsi әsla inkar edilmәmәlidir vә ya unutulmamalıdır.

Әlaqәli Xәbәrlәr