Hәsәn Ruhani Emmanuel Bonna ilә görüşüb

İran Prezidenti Həsən Ruhani  Tehran rəhbərliyinin diplomatiya və müzakirə qapısını sonuna qədər açıq saxladığını  bildirib.

1233721
Hәsәn Ruhani Emmanuel Bonna ilә görüşüb

İran Prezidenti Həsən Ruhani  Tehran rəhbərliyinin diplomatiya və müzakirə qapısını sonuna qədər açıq saxladığını  bildirib.

İran Prezident Aparatından verilən məlumata görə, Ruhani  Fransa prezidenti Emmanuel Makronun müşaviri Emmanuel Bonne ilə görüşüb.

Hәsәn  Ruhani  Tehran rəhbərliyinin zənginləşdirilmiş uran və digər məsələlərdə öhdəliklərini təxirə salması ilә bağlı bildirib ki, İran  diplomatiya və müzakirə qapısını sonuna qədər açıq saxlayıb. Nüvə müqaviləsinə tərəf ölkələrin bu fürsətdən yaxşı istifadə etməsinə ümid edirik. Bu şəkildə arzu edilən hədəfə çata və nüvə müqaviləsinin tam olaraq həyata keçirilməsini təmin edə bilərik.

Hәsәn Ruhani  nüvә müqavilәsinә tәrәf ölkәlәrin öhdәliklәrini yerinә yetirәcәyi tәqdirdә İranın da öz öhdәliklәrini yerinә yetirmәk üçün yeni addımlar atmağa davam edәcәyini deyib.

Mәlumata әsasәn, Bonne dә görüşdә  Emmanuel Makronun mәktubunu Hәsәn Ruhaniyә çatdırıb.

Xatırladaq ki, Amerika Birlәşmiş Ştatları 2015-ci ilin may ayında imzalanan nüvә müqavilәsindә keçәn il çıxmışdı.  ABŞ daha sonra İrana qarşı sanksiya tәtbiq etmәyә  başlamışdı.



Әlaqәli Xәbәrlәr