BMT Myanma hökumətini təcili addımlar atmağa çağırdı

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissarının müavini (OHCHR) Keyt Gilmor (Kate Gilmore) Arakan müsəlmanlarının vətəndaşlıq statuslarının tanınması üçün Myanma hökumətini təcili addımlar atmağa çağırdı.

1233942
BMT Myanma hökumətini təcili addımlar atmağa çağırdı

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissarının müavini (OHCHR) Keyt Gilmor (Kate Gilmore) Arakan müsəlmanlarının vətəndaşlıq statuslarının tanınması üçün Myanma hökumətini təcili addımlar atmağa çağırdı.
 
Gilmor dünən BMT Cenevrə Ofisində İnsan Haqları Şurasının 41-ci iclasında çıxış etdi.
 
 Myanmadakı zülmdən qaçaraq Banqladeşə sığınmaq məcburiyyətində qalan Arakan müsəlmanlarının qayıdışı üçün Myanma hökuməti ilə BMT arasında imzalanan protokolun 28 may tarixində bir il də uzadıldığını xatırladan Gilmor dönüşlər üçün Myanmada əlverişli şəraitin hələ yaranmadığını bildirdi.
 
 Gilmor Myanma hökumətinin Arakan müsəlmanlarının qayıdışı üçün lazımi şəraiti təmin etməli olduğunu, dönüşlərlə əlaqədar ən təməl məsələlərdə heç bir addımın atılmadığını da vurğuladı.
 
 Myanmadakı zülmdən 31 avqust 2017-ci ildən etibarən qaçaraq Banqladeşə sığınan təxminən 730 min insanın çətin şərtlərdə yaşadığına diqqəti çəkən Gilmor: "Arakan əyalətinin mərkəzində yaşayan və əksəriyyəti ölkə içində didərgin vəziyyətə salınmış şəxslərdən ibarət 126 min Arakan müsəlmanının vəziyyəti də eyni dərəcədə narahatedicidir" dedi.
 
 Gilmor "Myanma hökuməti bu vəziyyəti tərsinə çevirə bilmək və arakanlı müsəlmanları vətənsiz vəziyyətdən çıxarmaq üçün təcili addımlar ata bilər və atmalıdır" deyərək Arakan müsəlmanlarının vətəndaşlıq statuslarının tanınması və didərgin düşənlərin evlərinə dönmələri üçün əlverişli şərtlərin təmin olunmasının vacibliyini vurğuladı.
 
 Myanma hökumətinin ölkədəki insan haqlarının pozulması hallarına son verməli olduğunu qeyd edən Gilmor Arakan müsəlmanlarına və digər etnik qruplara qarşı törədilən ağır cinayətlərin düzgün, şəffaf, qərəzsiz və tam olaraq araşdırılmasına, bütün günahkarlara qanunun aliliyinə görə layiq olduqları cəzalar verilməsinə çağırdı.



Әlaqәli Xәbәrlәr