Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verdi

Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Darrok (Kim Darroch) ölkəsinin Xarici İşlər Nazirliyinə istefa ərizəsi ilə müraciət edib.

1233542
Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verdi

Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Darrok (Kim Darroch) ölkəsinin Xarici İşlər Nazirliyinə istefa ərizəsi ilə müraciət edib.

Darrok ərizəsində diplomat səlahiyyət müddəti hələ başa çatmasa da, hazırkı vəziyyətdə yerini başqasına verərək çıxıb getməyin daha məsuliyyətli addım olacağını bildirib.

Xatırladaq ki, iyunun 7-də səfir Darrokun ABŞ prezidenti Donald Trampı qabiliyyətsiz, etibarsız, səriştəsiz olaraq səciyyələndirməsini əks etdirən sənədlər mediaya yol tapmışdı.

Sənədlərdən bəlli olub ki, Tramp haqqında “bacarıqsızdır” deyən Kim Darrok Ağ ev daxilində intriqaların olduğunu, bu sistemin tez bir zamanda çökə biləcəyini vurğulayıb. O, Trampın hər an dediyinin tam əksini edəcək potensialda biri olduğunu da vurğulayıb.

Ertəsi gün - iyunun 8-də isə prezident Donald Tramp Darrok barədə "çox axmaq adam" ifadəsini işlətmişdi və artıq onunla birgə işləməyəcəklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr