Rusiya UAEK-dən məlumat gözləyir

Rusiya Beynəlxalq Atom Enerjisi Qurumundan (UAEK) İranın uranı zənginləşdirmə nisbəti ilə bağlı rəsmi məlumat gözləyir.

1232466
Rusiya UAEK-dən məlumat gözləyir

Rusiya Beynəlxalq Atom Enerjisi Qurumundan (UAEK) İranın uranı zənginləşdirmə nisbəti ilə bağlı rəsmi məlumat gözləyir.
 
 Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar yazılı açıqlama yaydı.

Açıqlamada İran rəsmiləri tərəfindən nüvə müqaviləsindəki öhdəliklərindən irəli gələn  uranı zənginləşdirmə nisbəti və miqdarına riayət etməyəcəkləri barədə xəbərdarlıqları qəyərləndirildi.
 
Beynəlxalq Atom Enerjisi Qurumundan bununla bağlı veriləcək etibarlı informasiyanın əsas götürüləcəyinə işarə edilən açıqlamada: "İranın "Natanz" nüvə obyektlərində zənginləşdirilmiş uran nisbəti və miqdarının nüvə müqaviləsində göstərilən həddin üstünə çıxması ilə bağlı rəsmi məlumatı Beynəlxalq Atom Enerjisi Qurumundan gözləyirik. Nüvə müqaviləsinin bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi ilə davam etdirilə biləcəyinə əminik" deyildi.
 

Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Abbas Arakçi ölkəsinin nüvə müqaviləsi ilə bağlı gözləntilərinin yerinə yetirilməməsi səbəbldən müqavilə çərçivəsindəki öhdəliklərindən bəzilərinə riayət etməməklə bağlı 60 günü əhatə edən "ikinci addım" fəaliyyətlərinə başladıqlarını açıqlamışdı.
 
 Arakçi: "İkinci addım"da  müqavilədə göstərilən zənginləşdirmə nisbəti və miqdarına riayət etməyəcəyimizi elan edirik" demişdi.
 
 İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarına cavab olaraq 8 may tarixində ölkəsinin nüvə müqaviləsinə aid öhdəliklərini azaltdığını və müqavilənin tərəflərinə İranın maraqlarını qoruyacaq tədbirlər görmələri üçün 60 gün möhlət verdiklərini bildirmişdi.
 



Әlaqәli Xәbәrlәr