ABŞ-da müstəqillik günü qeyd edildi

ABŞ-da 4 İyul Müstəqillik Gününün 243-cü ildönümü müxtəlif tədbirlərlə qeyd edildi. Bu ilki tədbirlərin əvvəlki illərdən fərqli olması diqqətləri cəlb etdi.

1230701
ABŞ-da müstəqillik günü qeyd edildi
abd bagimsizlik gunu5.jpg
abd bagimsizlik gunu4.jpg
abd bagimsizlik gunu3.jpg
abd bagimsizlik gunu2.jpg
abd bagimsizlik gunu1.jpg

Bu il ABŞ prezidenti Donald Tramp Linkoln Memorialı qarşısında nitq etdi. Paytaxt küçələrində tankların paradı və Vaşinqton üzərində təyyarə uçuşları reallaşdırıldı. Bəzi Amerikalılar bu tədbirlərdən xoşnud olsalar da bəziləri Amerika prezidentini bu il 4 İyul təntənələrini 2020-ci il seçki kampaniyasının bir hissəsinə çevirməkdə ittiham edirlər.

Döyüş tankları, zirehli texnika və paytaxt üzərində təyyarə uçuşları demək olar ki 4 İyul tədbirləri daxilində hesab edilmir. Adətən prezident də bu gün nitq söyləmir. Lakin prezident Tramp Müstəqillik Gününü “bənzəri olmayan” şəkildə keçirmək və ABŞ hərbi qüvvələrini şərəfləndirmək istəyir. Tənqidçiləri onu amerikalıları birləşdirən bir bayram gününü siyasiləşdirməkdə ittiham edir. Lakin bəzi amerikalılar bu gün prezidenti görə bilmək imkanını alqışlayır.

Opponentlərə Milli xiyabana prezidentin Londona səfəri zamanı nümayiş etdirilən “Baby Tramp” şarını gətirmək icazəsi verilib. Vaşinqtonu ziyarət edən turistləri daha maraqlı əyləncələr gözləyir.



Әlaqәli Xәbәrlәr