Tusk:"Liberalizmin hökmünün bitdiyini iddia edən qanunun aliliyinin hökmünün bitdiyini söyləyir"

Bunu  Avropa Şurasının sədri Donald Tusk liderlər sammiit ərəfəsində Böyük Britaniya qəzeti "Financial Times"a verdiyi müsahibədə "liberalizmin hökmü bitdi" deyən Rusiya prezidenti Vladimir Putini tənqid edərkən bildirdi.

1226861
Tusk:"Liberalizmin hökmünün bitdiyini iddia edən qanunun aliliyinin hökmünün bitdiyini söyləyir"

Yaponiyanın Osaka şəhərində təşkil olunan G20 liderlər sammiti ərəfəsində liberalizm ideyası ilə bağlı mübahisə oldu.
 
 Avropa Şurasının sədri Donald Tusk Rusiya prezidenti Vladimir Putinin sammit ərəfəsində Böyük Britaniya qəzeti "Financial Times"a verdiyi müsahibədə "liberalizmin hökmü bitdi" şərhini tənqid etdi.
 
 Avropalıların liberal demokratiyanı sona qədər müdafiə və təşviq etməsinin vacibliyini vurğulayan Tusk: "Kim liberalizmin hökmünün bitdiyini iddia edirsə, əslində, azadlıqların, qanunun aliliyinin və insan hüquqlarının hökmünün bitdiyini söyləyir" deyə bildirdi.
 
 Tusik Putinin liberalizmin hökmünün qalmaması barəsindəki fikrinin bir məna kəsb etmədiyini ifadə edərək: "Məncə əsl hökmsüz olan avtoritarlıq, insan kultları və oliqarxların hakimiyyətidir. Bunlar hər nə qədər bəzən təsirli kimi görünsə də... Biz avropalılar liberal demokratiyanı sona qədər qətiyyətlə müdafiə etmək və təşviq etmək üçün buradayıq" dedi.
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin "Financial Times" qəzetində bu gün dərc olunan müsahibəsində: "Liberalizm ideyasının artıq hökmü qalmadı, əhalinin böyük hissəsinin mənafeləri ilə toqquşur" deyə bildirmişdi.
 
 Hər iki lider də G20 liderlər sammiti üçün Yaponiyanın Osaka şəhərindədir.



Әlaqәli Xәbәrlәr