Robert Müller Nümayəndələr Palatasında Rusiya təhqiqatı ilə bağlı sualları cavablandıracaq

Amerika Birləşmiş Ştatlarında Rusiya araşdırmasını mart ayında başa çatdıraraq ötən ay təhqiqat işini  bağlayan xüsusi səlahiyyətli prokuror Robert Müller iyulun 17-də Nümayəndələr Palatasında sualları cavablandıracaq.

1225139

 ABŞ-ın Nümayəndələr Palatısının Ədliyyə Komitəsinin sədri, demokrat Jerrold Nadler və Kəşfiyyat Komitəsinin sədri, demokrat Adam Şiff ortaq yazılı açıqlama verərək Müllerın Konqresdəki ifadəsini şərh etdilər.
 
 Müllerin ifadə vermək üçün Konqresə dəvəti qəbul etdiyini bildirən Nadler və Şiff xüsusi səlahiyyətli prokurorun iyulun 17-də iki komitədə Rusiya istintaqına dair suallara cavab verəcəyini açıqladılar.
 
 Qeyd edək ki, xüsusi səlahiyyətli prokuror Robert Müller 22 ay davam edən Tramp və 2016-cı il seçki kampaniyası qrupunun Rusiya ilə gizli razılaşmasına dair iddialarla bağlı təhqiqat işinin hesabatını martın 22-də Ədliyyə Nazirliyinə təqdim etmişdi.
 
 Ədliyyə naziri Uilyam Barr isə hesabatda əks olunmuş mühüm dəlilləri məktubla Konqresə bildirmiş və Trampın Rusiya ilə gizli bir əməkdaşlıq etdiyini göstərən bir nəticənin əldə edilmədiyini bildirmişdi.
 
 Donald Tramp hesabat nəticəsində tamamilə bəraət qazandığını bildirdiyi halda, demokratlar onun "ədalətin qarşısına sədd qoymağa çalışdığını" iddia etmişdilər.
 
 Robert Müller mayın 29-da kameraların qarşısına keçərək Rusiya istintaq işinin rəsmən bağlandığını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr