Havay adalarında təyyarə qəzası nəticəsində doqquz nəfər həlak olub

Bu barədə ştatın nəqliyyat departamentinin rəsmisi məlumat yayıb.

1223111
Havay adalarında təyyarə qəzası nəticəsində doqquz nəfər həlak olub
hawaii ucak kazasi.jpg

ABŞ-ın Dillinhem şəhəri (Havay ştatı) aerodromunun yaxınlığında “King Air” tipli ikimühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə ştatın nəqliyyat departamentinin rəsmisi məlumat yayıb. Hadisə “Dillingham Airfield” aeroportu yaxınlığında baş verib. Qəza nəticəsində təyyarənin göyərtəsindəki doqquz nəfərin hamısı həlak olub. Digər təfərrüatlar açıqlanmır.

Hazırda insidentin baş verdiyi ərazidə təcili xidmət orqanları fəaliyyət göstərir, həmin rayonda avtomobil nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.



Әlaqәli Xәbәrlәr