ABŞ aviaşirkətlərinə İran üzərindən uçuşlar qadağan edildi

ABŞ-ın Mülki Aviasiya İdarəsi Amerika aviaşirkətlərinə İranın Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edən təcili xəbərdarlıq yaydı.

1222381

İdarə bölgədə artan gərginlik və təhlükəsizlik bağlı çatışmazlıqlarına işarə edib. 

Açıqlamada ABŞ-a məxsus PUA-nın düşürüldüyü zaman ərzində bölgədə bir çox mülki aviasiya  təyyarəsinin olduğuna diqqət çəkən İdarə bölgədə gərginliyin artmasından narahatlıq duyulduğunu bildirdi.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələri tərəfindən Oman Körfəzinə çıxan Hürmüzgan ostanının Quhmübarək şəhərinin sahilində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Global Hawk" tipli pilotsuz uçan aparatın (PUA)  vurularaq məhv edildiyini açıqlamışdı.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı isə hadisəni təsdiqləmiş, ancaq PUA-nın beynəlxalq sularda uçarkən vurulduğunu müdafiə etmişdi.

Әlaqәli Xәbәrlәr