"Məqsədimiz İranla bağlanmış nüvə müqaviləsinin tam şəkildə həyata keçirilməsini təmin etməkdir"

Bunu Avropa İttifaqınıni xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqherini Avropa Şurasının Lüksemburqda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirdi.

1220239
"Məqsədimiz İranla bağlanmış nüvə müqaviləsinin tam şəkildə həyata keçirilməsini təmin etməkdir"

 Avropa İttifaqınıni xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqherini Avropa Şurasının Lüksemburqda keçirilən iclasından sonra mətbuat konfransı təşkil etdi.

Moqherini mətbuat konfransında İranın zənginləşdirilmiş uran ehtiyatının nüvə müqaviləsindəki limiti keçəcəyinə aid açıqlaması barəsində verilən sula cavab olaraq bunları bildirdi:"Biz nüvə müqaviləsinə aid dəyərləndirmələrimizi açıqlamalara görə deyil, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) hesabatlarına görə aparırıq".

 

Avropa İttifaqınıni ali nümayəndəsi İranın nüvə müqaviləsinə aid öhdəliklərini yerinə yetirməyə davam etdiyini qeyd etdi və Avropa İttifaqının da İranla qanuni iqtisadi fəaliyyətlərin davam etdirilməsi üçün bəzi mexanizmlər qurduğunu xatırlatdı.

 

Moqherini İranın nüvə öhdəliklərini yerinə yetirdiyini müddətdə Aİ-nin dəstəyinin davam edəcəyini ifadə etdi.

 

Ali nümayəndə: "Bizim məqsədimiz İranın nüvə müqaviləsinin tam şəkildə həyata keçirilməsini təmin etməkdir" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr