"Trampın İranı günahlandırması axmaqlıqdır", D.Peskov

Rusiya Oman körfəzindəki 2 tankerə hücumla əlaqədar Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın İranı təqsirləndirməsini “axmaqlıq” adlandırdı.

1219369
"Trampın İranı günahlandırması axmaqlıqdır", D.Peskov

  Rusiya Oman körfəzindəki 2 tankerə hücumla əlaqədar Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın İranı təqsirləndirməsini “axmaqlıq” adlandırdı.

  Rusiya Prezident Aparatı sözcüsü Dmitri Peskov “Rossiya 1” telekanalı proqramında Oman körfəzində 2 tankerə hücumla əlaqədar deyib:

  “Bu cür hadisələr həqiqətən qlobal iqtisadiyyatın təməllərini sarsıdır. Sübutsuz günahlandırmalara fikir verilməməlidir. Hadisə ilə əlaqədar inandırıcı dəlillər ortaya qoyulmalıdır. Yoxsa bu yersiz günahlandırmalar axmaqlıqdır.”

  Xatırladaq ki, Oman körfəzində "Front Altair" və "Kokuka Courageous" adlı neft tankerləri 13 iyunda hücuma uğradıqları üçün ABŞ donanmasından kömək istəmişdi. Sinqapur və Tailanda neft məhsulları daşıyan "Kokuka Courageous" uğradığı hücumda iki zərbə almış, 21 nəfərlik heyəti gəmidən çıxarılmışdı.

  ABŞ rəhbərliyi hücumla əlaqədar İranı günahlandırmış və İran İnqilab Keşikçiləri Ordusuna aid patrul qayığının Oman körfəzində hücuma uğrayan tankerdən partlamamış minaları yığdığını bildirmişdi. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə hücumlarla əlaqədar ABŞ-ı "təxribat diplomatiyası" aparmaqda təqsirləndirir.



Әlaqәli Xәbәrlәr