Əfqanıstanla Türkmənistan arasında 7 əməkdaşlıq müqaviləsi imzalandı

Əfqanıstan və Türkmənistan arasında ticarət, iqtisadiyyat, dəmir yolu və elektrik sahəsində əməkdaşlığa dair 7 müqavilə imzalandı.

1219940
Əfqanıstanla Türkmənistan arasında 7 əməkdaşlıq müqaviləsi imzalandı

Əfqanıstan və Türkmənistan arasında ticarət, iqtisadiyyat, dəmir yolu və elektrik sahəsində əməkdaşlığa dair 7 müqavilə imzalandı.

Əfqanıstanın qərbində yerləşən Herat vilayətində  təşkil edilən imzaatma mərasimində Türkmənistan Nazirlər Kabinetinin sədr müavini və xarici işlər naziri Rəşid Meredov, Əfqanıstanın maliyyə naziri Məhəmməd Humayun Qəyyumi və Herat valisi Əbdül Qəyyum Rəhimi iştirak etdilər.

Mərasimdə çıxış edən Əfqanıstanın maliyyə naziri Qəyyumi iki ölkə arasındakı ticarət müqavilələrinin ticarət həcmini artıracağını söylədi.

Əməkdaşlıq müqavilələri çərçivəsində Əfqanıstanın Türkmənistana mərmər daşı ixrac edəcəyini qeyd edən Qəyyumi Türkmənistandan hərbi forma alacaqlarını söylədi.

Qəyyumi Akina-Andkhoy və Turqundi-Herat dəmir yolunun tikintisində də əməkdaşlıq edəcəklərini bildirdi.

Başqa bir müqavilənin Herat  şəhərinə verilən türkmən elektrik enerjisinin həcminin artırılması ilə bağlı olduğunu dilə gətirən Qəyyumi Badqis vilayətinin Muriçak kəndində elektrik xətlərinin çəkilməsinə dair anlaşma memorandumu imzaladıqlarını söylədi.



Әlaqәli Xәbәrlәr