General Haftər qüvvələrinin hücumları davam edir

Liviyada General Haftər qüvvələrinə məxsus qırıcılar Tripolinin cənub ərazilərinə avia hücumu reallaşdırdılar.

1217687
General Haftər qüvvələrinin hücumları davam edir

Hərbi mənbələrdən əldə edilən məlumata görə general Xəlifə Haftərə tabe döyüş təyyarələrinin hücumunda 8 nəfər yaralanıb. Bu barədə Milli Razılaşma Hökumətinin apardığı "Burkan əl-Qadab" əməliyyatı nümayəndəsi Mustafa əl-Meceyi "Ər-Raid" televiziyasına açıqlama verib. O, döyüş təyyarələrinin Səlahəddin bölgəsində bir evi hədəfə aldığını, hücumda yaralanan 8 nəfərin xəstəxanaya çatdırıldığını deyib. Xatırladaq ki, Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri general Haftər paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum əmri vermiş, buna qarşı MRH qüvvələri də "Burkan əl-Qadab" əməliyyatı başlatmışdı.



Әlaqәli Xәbәrlәr