Baltik dənizində nəhəng 47-ci BALTOPS hərbi təlimi

Amerika Birləşmiş Ştatları ilə Avropadan 18 ölkə Baltik dənizində geniş miqyaslı nəhəng 47-ci BALTOPS hərbi təliminə başladı.

1215074
Baltik dənizində nəhəng 47-ci BALTOPS hərbi təlimi

  Amerika Birləşmiş Ştatları ilə Avropadan 18 ölkə Baltik dənizində geniş miqyaslı nəhəng 47-ci BALTOPS hərbi təliminə başladı.

  ABŞ-ın rəhbərliyilə 9-21 iyun tarixləri arasında reallaşan manevr Almaniyanın Baltik dənizindəki Kiel limanından start götürür.  

  BALTOPS hərbi təlimində NATO üzvləri ABŞ, Türkiyə, Belçika, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İngiltərə ilə yanaşı ortaq ölkələr sayılan İsveç və Finlandiya da iştirak edir.

  Təxminən 8600 hərbi birlik, 40 təyyarə, 50 döyüş və sualtı gəmisinin olacağı manevrdə dəniz minaları və sualtı gəmiləri məhv etmək, hava müdafiəsinin təşkili və düşmən gəmilərindən gələ biləcək hücumlara qarşı birgə təlimlər icra olunur.

  Qeyd edək ki, 2014-cü əvvəlində bu hərbi manevrdə iştirak etsə də, Krımı ilhaq və Ukraynadakı sabitliyi pozduğu üçün bu il Rusiya dəvət edilməyib.



Әlaqәli Xәbәrlәr