Tereza Mey rəsmi olaraq istefa etdi

İngiltərənin baş naziri Tereza Mey (Theresa May) Mühafizəkarlar Partiyasının sədrliyindən rəsmi olaraq istefa etdi.

1214879
Tereza Mey rəsmi olaraq istefa etdi

  İngiltərənin baş naziri Tereza Mey (Theresa May) Mühafizəkarlar Partiyasının sədrliyindən rəsmi olaraq istefa etdi.

  İqtidardakı Mühafizəkarlar Partiyasında sədrlik prosedurlarını yerinə yetirmək üçün təşkil edilən "1922 Komitəsi"ndən edilən yazılı şərhdə bildirilir:

  “Tereza Meyın istefa məktubu komitəyə çatdırıldı. Sədr olmaq üçün namizədlik müraciətləri 10 iyun İngiltərə saatı ilə 17.00-a qədər qəbul edilir.”

  Hal-hazırda Tereza Meyin başçılığı ilə Nazirlər Kabinetinin 5 naziri də namizədlər arasındadır.

  Partiyanın sədrlik seçkisi qaydalarına görə, namizədlərə səsvermə əvvəlcə partiyanın parlament qrupunda olacaq. Sonda qalan iki adama partiyanın təxminən 125 min üzvü məktub yoluyla səs verəcək. Səsvermə 22 iyula qədər sürəcək. Beləliklə, Mühafizəkarlar Partiyasının yeni sədri və yeni baş naziri 23 iyulda elan olunacaq.

  Yeni sədr seçilənədək T.Mey vəzifəsinə və baş nazirliyə davam edəcək.

  Qeyd edək ki, Avropa İttifaqı ilə Brexit (İngiltərənin Aİ-dən ayrılması) razılaşmasının parlamentdə 3 dəfə rədd edilməsindən sonra Tereza Mey partiyaiçi müxalifətin təzyiqinə dözməyərək keçən həftə istefa verəcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr