Trampın London səfərinin ayrıntıları

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İngiltərə səfəri zamanı Kraliça II Yelizaveta (Elizabeth) ilə görüşüb.

1213455
Trampın London səfərinin ayrıntıları

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İngiltərə səfəri zamanı Kraliça II Yelizaveta (Elizabeth) ilə görüşüb.

  Dövlət başçılarının görüşü əsnasında at arabasıyla rəsmi parad təşkil edilmişdi. Təhlükəsizlik səbəbiylə əlaqədar Tramp Bakinqam (Buckingham) sarayına vertolyotla enib. Kraliça II Yelizaveta bu sahəyə getmədi.

  ABŞ prezidenti və həyat yoldaşı Melania Trampı sarayda İngiltərənin vəliəhd şahzadəsi Çarlz (Charles) və həyat yoldaşı Kornvell Kamilla (Cornwall Camilla) qarşıladı.

  Kraliça II Yelizaveta və Tramp bir araya gəldikdən sonra təntənəli mərasim başladı. 41 top atəşinin də açıldığı qarşılama mərasimi günorta yeməyiylə davam etdi.

  Sonra Tramp “Westminster Abbey” kilsəsini ziyarət etdi, naməlum əsgər abidəsinə çələng buraxdı.

  ABŞ prezidentinin London proqramı şahzadə ailəsinin verdiyi çay süfrəsilə davam etdi.

  İngiltərə kraliçası Trampın şərəfinə “Buckingham” sarayında axşam yeməyi verdi. Burada ABŞ prezidentinin həyat yoldaşı ilə bərabər 4 övladı da həyat yoldaşları ilə iştirak etdi.

  Kraliça etdyi çıxışında dedi:

  "Ortaq dəyərlər və ortaq mənfəətimizin bizi birləşdirməyə davam edəcəyindən əminəm.

  İki ölkə arasında iqtisadi əlaqələr daha da gücləndirilməlidir.

  Xalqlarımızın təhlükəsizliyi və rifahını təmin etmək üçün bu ittifaqın yenə də davam edəcəyinə inanıram.”

  Qeyd edək ki, Tramp bu yeməkdən əvvəl ictimai media hesabından etdiyi paylaşmada yazmışdı: "London səfəri çox yaxşı keçir. Kraliça və bütün ailəsi xariqədir. İngiltərə ilə əlaqələrimiz çox güclüdür. Avropa İttifaqından (Brexit) ayrıldıqdan, "qandal"larından azad olduqdan sonra daha böyük ticarət müqavilələrimiz olacaq. İndidən bəzi şeyləri danışdıq."



Әlaqәli Xәbәrlәr