Donald Trampın müşaviri Kevin Hasset istefaya gedib

Bu barədə Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp şəxsi ''Twitter'' səhifəsində yazıb.

1212975
Donald Trampın müşaviri Kevin Hasset istefaya gedib

ABŞ Prezidenti Donald Trampın müşaviri Kevin Hasset istefaya gedib.

Bu barədə Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp şəxsi ''Twitter'' səhifəsində yazıb. 

Tramp bildirib ki, eks-müşaviri hazırda İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsini tutur.

Amerika lideri qeyd edib ki, Hassetin yerinə təyin ediləcək yeni müşavirinin adını yaxın günlərdə baş tutacaq Avropa səfərindən sonra açıqlayacaq.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında vəzifəsinin icrasına başlayan Kevin Hasset Tramp rəhbərliyinin yeni vergi qanununu hazırlamışdı.



Әlaqәli Xәbәrlәr